Maroş Şefçoviç: "İnanıram ki, Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatıdırılacaq"

Maroş Şefçoviç: "İnanıram ki, Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatıdırılacaq" Gələn ilin əvvəlində Cənub Qaz Dəhlizi ölkələri nazirlərinin Məşvərət Şurasının iclası keçiriləcək
Energetika
3 Dekabr , 2015 13:11
Maroş Şefçoviç: İnanıram ki, Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatıdırılacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihəsinin icrası qrafikə uyğun irəliləyir. Bu, hazırda inşa olunan ən iddialı layihələrdən biridir. "Report"un "EurActiv" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

"Bizim işlər kifayət qədər uğurla davam edir. Gələn ilin əvvəlində Cənub Qaz Dəhlizi ölkələri nazirlərinin Məşvərət Şurasının növbəti iclasını keçirməyi planlaşdırırıq. İlk iclas ötən il keçirilib. Bu, ölkələr üçün böyük imkanlar yaradır".

M.Şefçoviç qeyd edib ki, layihə üzrə bir çox işlər artıq həll olunub: "Mən çox inanıram ki, Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi