Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Berlinə (Almaniya) səfəri çərçivəsində Avropa Komissiyasının Enerji Birliyi üzrə sədr müavini Maroş Şefçoviçlə Cənub Qaz Dəhlizi (SGC) layihəsini müzakirə edib. "Report" xəbər verir ki, bu barədə M.Şefçoviç özünün "twitter" səhifəsində məlumat yayıb.
"Mənim Berlində ikinci iş günüm başlayır və biz Azərbaycanın energetika naziri cənab Natiq Əliyevlə səhər yeməyində Enerji Birliyi və SGC ilə bağlı fikir mübadiləsi aparırıq. Biz 2016-cı ilin sonuna qədər Enerji Birliyi ilə bağlı məsələlərin 90%-ni həll etməyi planlaşdırırıq", - deyə M.Şefçoviç qeyd edib.