Maroş Şefçoviç: "Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq" - YENİLƏNİB

Maroş Şefçoviç: "Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq" - YENİLƏNİB Avropa Komissiyasının vitse-prezidenti: "Cənub Qaz Dəhlizi layihəsi vaxtında icra olunacaq"
Energetika
29 Fevral , 2016 18:09
Maroş Şefçoviç: Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq - YENİLƏNİB

İlk xəbər saat 17:28-də verilib

Bakı. 29 fevral. REPORT.AZ/ Dünya bazarında baş verənlərə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi vaxtında icra olunacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunları ilə bağlı mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib. 

M.Şefçoviç qeyd edib ki, dünya bazarında baş verən iqtisadi böhranın müəyyən mənfi təsirləri var, lakin Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələr öz öhdəliklərini təsdiq edib. 

"Ölkələr bu layihələrin vaxtında icra olunmasında qərarlıdır və bu, banklara da şamil olunur. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq", - deyə Aİ rəsmisi vurğulayıb.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn da qeyd edib ki, bu öhdəliklərin təsdiqi vacib bəyanatdır: "Dünya bazarında baş verənlərə baxmayaraq, dövlətlər və şirkətlər öhdəliklərini təsdiq edir".

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak qeyd edib ki, bu layihələr uzunmüddətlidir və dünya bazarında baş verənlər layihələrin icrasına təsir etməyəcək.

***

"Biz istəyirik ki, Avropanın enerji təhlükəsizliyi təmin olunsun. İstəmirik ki, Avropa vahid enerji təminatçısından asılı olsun və həmin təminatçı da bundan siyasi məqsədlər üçün istifadə etsin". "Report" xəbər verir ki, bunu isə jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn ABŞ-ın Avropa ölkələrinə maye qaz (LNG) satması ilə perspektivləri ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.

A.Hokstayn qeyd edib ki, hazırda Avropa ölkələri Rusiya qazından asılıdır və Rusiya bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi