Yuxarı
    Bağlamaq

    Maroş Şefçovic: "Azərbaycan Avropanın mühüm bir tərəfdaşıdır"

    Avropa Komissiyasının vitse-prezidenti: Bizim gələcəkdə də çoxlu əməkdaşlığımız olacaq

    Bakı. 1 iyun. REPORT.AZ/ "Təəssüf ki, XXIV Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində iştirak edə bilmirəm. Azərbaycan Avropanın mühüm bir tərəfdaşıdır". "Report" xəbər verir ki, bunu sərgi ilə paralel Xəzər neft-qaz konfransına video müraciətdə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçovic deyib. 

    M.Şefçoviç deyib ki, Cənub Qaz Dəhlizi layihəsi getdikcə irəliləməkdədir: "Bu gün Cənubi Qafqaz Boru Kəməri, TANAP kəmərində uğurlu irəliləmə var. Həmçinin, TAP kəmərində də əhəmiyyətli irəliləyiş olub. Bütün bu kəmərlər Avropa İttifaqı üçün əhəmiyyətlidir. Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Amma bizim gələcəkdə də çoxlu əməkdaşlığımız olacaq". 

    M.Şefçoviç enerji səmərəliliyindən danışarkən deyib ki, təmiz enerji yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi