Mahir Məmmədov: "Qazprom"la müqavilə SOCAR-ın Gürcüstandakı işinə təsir etməyəcək

Mahir Məmmədov: "Qazprom"la müqavilə SOCAR-ın Gürcüstandakı işinə təsir etməyəcək Azərbaycan Gürcüstanın təbii qaza olan tələbatını 90% təmin edir
Energetika
20 İyun , 2016 15:42
Mahir Məmmədov: Qazpromla müqavilə SOCAR-ın Gürcüstandakı işinə təsir etməyəcək

Bakı. 20 iyun. REPORT.AZ/ "Qazprom" (Rusiya) və "Qazko+" (Gürcüstan) şirkətləri arasında imzalanmış müqavilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana ixrac etdiyi təbii qazın həcminə təsir etməyəcək. 

"Report"un verdiyi xəbərə görə, bunu “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib. 

M.Məmmədov qeyd edib ki, hazırda Azərbaycandan ixrac olunan qaz Gürcüstanın "mavi yanacağa" olan cari tələbatının 90%-ni təmin edir və payız-qış mövsümündə gündılik nəqletmə 12 mln. kubmetrə çatır.

Qeyd edək ki, "Qaprom" və "Qazko+" şirkətləri arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, bu ilin ikinci yarısında Rusiyadan Gürcüstana 100 mln. kubmetr həcmində qaz idxal olunacaq. İndi Gürcüstan müxalifəti hakimiyyəti analoji sövdələşmələri başlamaqla ölkəni Rusiyadan asılı vəziyyətə salmaqda ittiham edib. Hökumət rəsmiləri isə dövlətin bu müqavilədən xəbərsiz olduğunu və sənədin özəl şirkət tərəfindən bağlandığını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi