Macarıstan "Eximbank"ı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə vəsait ayıracaq

Macarıstan "Eximbank"ı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə vəsait ayıracaq Artıq bununla bağlı razılıq əldə edilib
Energetika
28 İyun , 2016 12:46
Macarıstan Eximbankı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə vəsait ayıracaq

Bakı. 28 iyun. REPORT.AZ/ Macarıstanın "Eximbank"ı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini maliyyələşdirməyə hazırdır. "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında müzakirə aparılıb.

Məlumata görə, Macarıstan tərəfi ilə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi layihəsi üçün avadanlıq təchizatı və mühəndis xidmətlərinin və Macarıstanın "Eximbank"ı tərəfindən maliyyə dəstəyinin göstərilməsi imkanlarının araşdırılması barədə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi