Macarıstan şirkətləri Azərbaycanın alternativ enerji sektoruna dəvət olunub

Macarıstan şirkətləri Azərbaycanın alternativ enerji sektoruna dəvət olunub Energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Energetika
10 Mart , 2021 13:42
Macarıstan şirkətləri Azərbaycanın alternativ enerji sektoruna dəvət olunub

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

Energetika naziri iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib. Azərbaycan və Macarıstan hökumətilər arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun fəaliyyətinə, cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

P.Siyarto Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıqların yarandığı dövrdə ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir, layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi