Macarıstanın MOL şirkəti
“Report” xəbər verir ki, bu barədə MOL şirkəti məlumat yayıb.
“MOL Group” ABŞ-ın “Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9%-lik payını almaq üçün razılaşıb.
“MOL “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline” şirkətləri ilə AÇG-dəki 9,57%-lik və BTC-dəki 8,9%-lik payın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dolları (alqı-satqı tamamlanarkən düzəliş mümkündür) təşkil edir",- məlumatda qeyd edilib.
Satınalma prosesinin 2020-ci ilin II rübünə tamamlanması gözlənilir. Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq.
Xatırladaq ki, AÇG neft yatağı
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.