XİN rəhbəri: “Azərbaycan Gürcüstanın əsas təbii qaz təchizatçısıdır”

XİN rəhbəri: “Azərbaycan Gürcüstanın əsas təbii qaz təchizatçısıdır” " “Qazprom” şirkəti ilə aparılan danışıqlar siyasi mahiyyət daşımır"
Energetika
2 Fevral , 2016 00:04
XİN rəhbəri: “Azərbaycan Gürcüstanın əsas təbii qaz təchizatçısıdır”

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan bizim strateji tərəfdaşımız və əsas təbii qaz təchizatçımızdır.

"Report" xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Tbilisidə keçirilən “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq konfransda söyləyib.

"Biz Azərbaycandan böyük həcmdə təbii qaz alırıq. Lakin texniki cəhətdən Azərbaycan bizi lazımi qədər mavi yanacaqla təmin edə bilmir. Buna görə də biz, əhalini təbii qazla təmin etmək üçün müxtəlif yollar axtarırıq. Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqların da səbəbi məhz budur. Bu danışıqlar siyasi mahiyyət daşımır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi