"Lukoyl" və Səudiyyə Ərəbistanı "Luksar" layihəsini bərpa edəcək

"Lukoyl" və Səudiyyə Ərəbistanı "Luksar" layihəsini bərpa edəcək Bakı. 7 dekabr. REPORT.AZ/ Lukoyl şirkətinin rəhbəri Vahid Ələkbərov Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ilə Luksar layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edib.
Energetika
7 Dekabr , 2018 13:00
Lukoyl və Səudiyyə Ərəbistanı Luksar layihəsini bərpa edəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ilə "Luksar" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə V.Ələkbərovun özü "İnterfaks"a məlumat verib.

"Nazir növbət dəfə iqtisadi model yaratmağı xahiş etdi. Ona görə də layihəni həyata keçirmək üçün lazım olan iqtisadi model üzərində işləyəcəyik", - o deyib.

Onun sözlərinə görə, iş üç ay davam edəcək.

V.Ələkbərov vurğulayıb ki, görüşdə digər layihələr və neft treydinqi müzakirə olunmayıb.

Qeyd edək ki, "Lukoyl" "Saudi Aramco" ilə müştərək şirkətdə - "LUKOIL Saudi Arabia Energy Ltd."də (Luksar) 80% paya malikdir. Şirkət Səudiyyə Ərəbistanında layihə üzrə karbohidrogen istehsalının 2015-ci ildə başlanmasını gözləyirdi. Lakin tərəflər qazın qiyməti barədə razılaşa bilməyiblər və 2017-ci ildə "Lukoyl" layihəni tərk etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi