Vahid Ələkbərov: "Gələn il neft 42-47 dollara olacaq"

Vahid Ələkbərov: "Gələn il neft 42-47 dollara olacaq" "LUKoik"un prezidenti: "2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən neft bahalaşmağa başlayacaq"
Energetika
9 Dekabr , 2015 16:54
Vahid Ələkbərov: Gələn il neft 42-47 dollara olacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ "Gələn il neftin bir barelinin qiyməti 42-47 dollar səviyyəsində olacaq".

"Report" xəbər verir ki, bunu Rusiyanın "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov Bolqarıstanın "Trud" qəzetinə müsahibəsində deyib.

V.Ələkbərovun sözlərinə görə, OPEK-in Vyanada keçirilən sonuncu toplantısında iştirak edən İran və İraqın neft nazirləri, müxtəlif təhlilçilər gələn il neftin bir barelinin qiymətinin indiki səviyyədə qalacağını bildiriblər: "Başqa sözlə, biz qiymətin 42-47 dollar səviyyəsindən danışırıq. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən neft bahalaşmağa başlayacaq. Bizim hesablamamıza əsasən, həmin dövrdə neftin bir bareli 60 dollar ətrafında dəyişəcək".

O qeyd edib ki, insanlar yeni alternativ energetika mənbələri axtarır: "Ancaq yaxın 40-50 ildə neft, təbii qaz və daş kömür ənənəvi enerji mənbəyi olaraq qalacaq".

"LUKOYL"un rəhbəri Bolqarıstandan keçməsi planlaşdırılmış təbii qaz kəmərinin və bu ölkədə həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşmamasına təəssüfləndiyini də bildirib: "Burqas-Aleksandrupolis neft kəməri layihəsi isə artıq aktual deyil". 

Son xəbərlər

Orphus sistemi