Bakı. 19 may. REPORT.AZ/ Norveçin Neft və Energetika Nazirliyi şelf zonasında yataqların işlənməsi üçün on yeni lisenziya verib.
"Report" xəbər verir ki, bu barədə Norveç hökumətinin saytı məlumat yayıb.
Bu hüququ alan şirkətlər arasında Rusiyanın azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "Lukoyl" şirkətinin törəməsi olan "Lukoil Overseas North Shelf AS"ın da adı var.
Məlumata görə, "Lukoyl"un törəmə şirkətinin lisenziyada payı 20% -dir.
Ümumilikdə 13 şirkət lisenziya alıb. Şərtlərə əsasən, məntəqədə üç il ərzində kəşfiyyat quyuları qazılmalıdır.