"Lukoyl" Meksikada tender üçün "ENI" ilə bir konsorsiuma daxil olub

"Lukoyl" Meksikada tender üçün "ENI" ilə bir konsorsiuma daxil olub Söhbət Meksikada neft bloklarının işlənmə hüququnun satışı üzrə tenderindən gedir
Energetika
29 Noyabr , 2016 06:57
Lukoyl Meksikada tender üçün ENI ilə bir konsorsiuma daxil olub

Bakı. 29 noyabr. REPORT.AZ/ "Lukoil International Upstream Holding B.V." (Rusiyanın "Lukoyl" şirkətinin törəməsi) Meksikada yataqlar üzrə tenderdə iştirak etmək üçün İtaliyanın "ENI Mexico" şirkəti ilə konsorsiuma daxil olub.

"Report" "Praym"a istinadən xəbər verir ki, burada söhbət Meksikada neft bloklarının işlənmə hüququnun satışı üzrə birinci mərhələnin dördüncü tenderindən gedir.

Tender Meksika körfəzində yerləşən 10 dərinsulu blokda elan olunub. Tenderdə fərdi əsasda 8 şirkət (BHP Billiton, BP, China Offshore Oil Corporation, Exxon, PC Carigali, Pemex, Statoil, Total) və 7 konsorsium iştirak edəcək. Eyni zamanda bir neçə şirkət tenderə həm müstəqil, həm də konsorsium tərkibində qatılıb.

Son xəbərlər

Orphus sistemi