​"Lukoyl" Meksika körfəzindəki neft yataqları ilə maraqlanır

​"Lukoyl" Meksika körfəzindəki neft yataqları ilə maraqlanır Söhbət körfəzdə yerləşən dərinsulu 11 blokdan gedir
Energetika
26 Aprel , 2016 07:40
​Lukoyl Meksika körfəzindəki neft yataqları ilə maraqlanır

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın "Lukoyl" şirkətinin törəməsi olan "Lukoil International Upstream Holding B.V." Meksika körfəzində neft bloklarının işlənməsi hüququnun satışı üzrə birinci mərhələnin dördüncü tenderində iştiraka maraq göstərib.

"Report" xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin karbohidrogen üzrə milli komissiyasının məlumatında bildirilir.

Söhbət Meksika körfəzində yerləşən 11 dərinsulu blokdan gedir. "Lukoyl"un törəmə şirkəti hələ ki, bu yataqlar üzrə məlumat bazası əldə etməklə maraqlanıb.

Son xəbərlər

Orphus sistemi