"LUKOYL" investisiyalarının miqdarını 1,5 milyard dollar məbləğində azalda bilər

"LUKOYL" investisiyalarının miqdarını 1,5 milyard dollar məbləğində azalda bilər Vahid Ələkbərov: "Neft şirkətləri neftin qiymətinin bu ilin ikinci yarısında yüksələcəyi ilə bağlı həmfikirdir"
Energetika
21 Yanvar , 2016 16:26
LUKOYL investisiyalarının miqdarını 1,5 milyard dollar məbləğində azalda bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ "LUKOYL" neftin qiymətinin bir barelinin 20 dollara düşəcəyi və Rusiyada dolların kursunun 1 USD=80 rubl olacağı stresli ssenari çərçivəsində cari ildə investisiyalarının miqdarını 1,5 milyard dollar məbləğində azalda bilər.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda məlumat verib.

Onun sözlərinə görə, hazırkı ssenari neftin bir barelinin 30 dollar civarında olacağını göstərir, bir barelin 40 dollara olması isə optimistik rəqəmdir.

Vahid Ələkbərov bildirib ki, neft şirkətləri neftin qiymətinin bu ilin ikinci yarısında yüksələcəyi ilə bağlı həmfikirdir.

Son xəbərlər

Orphus sistemi