"Lukoyl" BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə yatırım etməyə hazırlaşır

"Lukoyl" BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə yatırım etməyə hazırlaşır Şirkət, həmçinin Misirdə layihələr reallaşdırır
Energetika
5 Mart , 2017 16:47
Lukoyl BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə yatırım etməyə hazırlaşır

Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın "Lukoyl" şirkəti BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə sərmayə yatırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə şirkətin Yaxın Şərqdəki nümayəndəliyinin rəhbəri Qati əl-Ceburi BƏƏ-də dərc olunan "Gulf News" qəzetinə müsahibəsində bildirib.

Hazırda şirkət İraqda iki layihədə iştirak edir. O, həmçinin Misirdə layihələr həyata keçirir ki, buradakı neft hasilatında "Lukoyl"un payı sutkada təqribən 6 min barel təşkil edir.

"Bizim istəyimiz Yaxın Şərqdə biznesi əhəmiyyətli dərəcədə artırmaqdır", — deyə Əl-Ceburi bildirib.

Son xəbərlər

Orphus sistemi