"LUKoil" şirkəti bu il xaricidəki neft emalı zavodlarından gəlirinin artacağını gözləyir

"LUKoil" şirkəti bu il xaricidəki neft emalı zavodlarından gəlirinin artacağını gözləyir Yanvar ayında 50 mln. dollar əldə edilib
Energetika
16 fevral 2016 16:20
LUKoil şirkəti bu il xaricidəki neft emalı zavodlarından gəlirinin artacağını gözləyir

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti 2015-ci ildə xaricdəki neft emalı zavodlarından 200 mln. dollar gəlir əldə edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Vladimir Nekrasov bildirib.

O qeyd edib ki, şirkət bu il nəticələrin daha yaxşı olacağını gözləyir.

Şirkətin vitse-prezidentinin sözlərinə görə, bu ilin yanvar ayında əldə edilən məbləğ 50 mln. dollar təşkil edib.

"Əgər cari vəziyyət saxlanılarsa, bu il illik nəticə daha da uğurlu olacaq".

O qeyd edib ki, 2015-ci ildə şirkət Rusiyada 44,1 mln. ton neft emal edib, bütün emal zavodlarında isə ümumi həcm 66,5 mln. ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi