"LUKoil" Səudiyyə Ərəbistanını tərk edir

"LUKoil" Səudiyyə Ərəbistanını tərk edir "LUKoil" və "Saudi Aramco" üçüncü ölkələrdə birgə fəaliyyətini davam etdirə bilər
Energetika
103
17 May , 2017 16:54
LUKoil Səudiyyə Ərəbistanını tərk edir

Bakı. 17 may. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib. "Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov verib. 

Qeyd edək ki, "LUKoil" şirkəti "LUKoil Saudi Arabia Energy Ltd." (Luksar) müştərək şirkəti kimi S.Ərəbistanında qazma işləri həyata keçirib. Şirkətin 80%-i "LUKoil Overseas"ə, 20%-i isə "Saudi Aramco" dövlət nerft-qaz şirkətinə aid olub.

"Biz qərar verdik, S.Ərəbistanından gedirik. "Saudi Aramco" qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik", - deyə V.Ələkbərov bildirib. 

Son xəbərlər

Orphus sistemi