"LUKoil" şirkətin səhmlərinin bazardan alınması üzrə proqramı artıq 2020-ci ildə bitirə bilər

"LUKoil" şirkətin səhmlərinin bazardan alınması üzrə proqramı artıq 2020-ci ildə bitirə bilər Bakı. 22 fevral. REPORT.AZ/ LUKoil şirkəti səhmlərinin geri alınması (buyback) proqramının 2020-ci ildə tamamlanacağını gözləyir.
Energetika
22 Fevral , 2019 16:15
LUKoil şirkətin səhmlərinin bazardan alınması üzrə proqramı artıq 2020-ci ildə bitirə bilər

Bakı. 22 fevral. REPORT.AZ/ "LUKoil" şirkəti  səhmlərinin geri alınması (buyback) proqramının 2020-ci ildə tamamlanacağını gözləyir. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin vitse-prezidenti Leonid Fedun məlumat verib.

"Hələlik, proqramı xeyli qabaqlama ilə gedirik, artıq səhmlərin bazardan satın alınması üçün 1 milyard dollardan çox vəsait xərclənilib. Fikrimcə, prosesi 2020-ci ildə də yekunlaşdıra bilərik. Bu, bazardakı vəziyyətdən asılı olacaq", - deyə o vurğulayıb. 

Qeyd edək ki, "LUKoil" 2018-ci ilin sentyabrın 3-də, təxminən, 3 milyard dollar məbləğində açıq bazarda şirkətin səhmlərinin və qlobal depozit qəbzlərinin geri satın alınması üzrə proqram başlatdığını elan edib. Daha əvvəl proqramın 2022-ci il dekabrın 30-da başa çatdırılması planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi