Yuxarı
    Bağlamaq

    "LUKoil" Rusiyadakı yanacaqdoldurma stansiyalarının 1/3-ni satmaq niyyətindədir

    Şirkət  ilin sonuna qədər yanacaqdoldurma stansiyalarının satılması imkanına baxır

    Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın “LUKoil” şirkəti əlverişsiz iqtisadi vəziyyət səbəbindən ölkə ərazisindəki yanacaqdoldurma stansiyalarının təxminən 1/3-ni satmaq imkanlarını araşdırır.

    “Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətdəki mənbə bildirib.

    Mənbə qeyd edib ki, şirkət ciddi şəkildə ilin sonuna qədər yanacaqdoldurma stansiyalarının 1/3-nin satılması imkanlarına baxır.

    “Bu ilin I rübündə Rusiyada yanacaq biznesindən xalis mənfəət sıfıra yaxındır. I rübdə adətən çox yaxşı olmur, amma bu il çox uğursuz olub. Hazırda gəlirlilik 1 ton üçün 8 rubl civarındadır, ötən ilin müvafiq dövründə isə 1 ton üçün 2 min rubl olub. Biz anlayırıq ki, rəqiblərimizin çoxu eyni vəziyyətdədir, ona görə də yanacaqdoldurma stansiyalarımızı xarici investorlar və fondlara, məsələn, Çin və Yaxın Şərqdən investorlara satmaq imkanlarına baxırıq”, - deyə "LUKoil"dan bildirilib.

    Onun sözlərinə görə, aktivlərin satışının üç mərhələdə aparılması planlaşdırılır: “Şirkət Bryansk, Orlov vilayətləri və Mərkəzi Rusiya kimi satış baxımından daha az rentabelli olan regionlarda satışı planlaşdırır. Eyni zamanda, Moskva vilayətində də bir neçə stansiyanın satışı mümkündür”.

    Qeyd edək ki, “LUKoil” şirkətinin Rusiyada ümumilikdə 2 544 yanacaqdoldurma stansiyası var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi