“Lukoil” qaz hasilatını 19,2% artırıb

“Lukoil” qaz hasilatını 19,2% artırıb Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın “Lukoil” neft-qaz şirkətinin gündəlik karbohidrogen hasilatı orta hesabla 2,301 mln. barel neft ekvivalenti təşkil edib.
Energetika
13 Noyabr , 2018 14:40
“Lukoil” qaz hasilatını 19,2% artırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın “Lukoil” neft-qaz şirkətinin gündəlik karbohidrogen hasilatı orta hesabla 2,301 mln. barel neft ekvivalenti təşkil edib.

“Report”un “Lukoil” şirkətinin dərc etdiyi 9 aylıq hesabata istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 3,7% çoxdur. Hasilatın artımına səbəb Özbəkistanda qaz layihələrinin inkişafı ilə bağlıdır.

2018-ci ilin III rübündə şirkət tərəfindən hasil edilən orta gündəlik karbohidrogenin həcmi 2,327 mln. barel neft ekvivalenti olub ki, bu da 2018-ci ilin II rübü ilə müqayisədə 1,7% çoxdur. Bu isə Rusiyada neft hasilatının artımı ilə bağlıdır.

Məlumata görə, 2018-ci ilin 9 ayı ərzində neft hasilatının həcmi 63,8 mln. ton təşkil edib. Bu ilin III rübündə 21,7 mln. ton neft hasil edilib ki, bu da 2018-ci ilin II rübünə nisbətdə 1,6% çoxdur.

Bu ilin 9 ayında “Lukoil” şirkəti tərəfindən 24,6 mlrd. kubmetr təbii qaz hasil edilib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 19,2% çoxdur. 2018-ci ilin III rübündə qaz hasilatının həcmi 8,5 mlrd. kubmetr təşkil edib ki, bu da bu ilin II rübünün göstəriciləri ilə müqayisədə 3,6% çoxdur.  

Son xəbərlər

Orphus sistemi