"Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99 %-ni alacaq

"Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99 %-ni alacaq Layihə üzrə tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonra "Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payından alacağı hissəsi 15,5%-dən 9,99%-ə endirəcək.
Energetika
124
10 Dekabr , 2021 14:43
Lukoil “Petronas”ın “Şahdəniz” layihəsindəki payının 9,99 %-ni alacaq

Tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonra "Lukoil" şirkəti “Petronas”ın “Şahdəniz” layihəsindəki payından alacağı hissəni 15,5 %-dən 9,99 %-ə endirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Razılaşmanın məbləği isə 2,25 milyard ABŞ dollarından 1,45 milyard ABŞ dollarınadək azalacaq. Razılaşmanın 2022-ci ilin yanvar ayında qapadılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi