"LUKoil" Avropadakı yancaqdoldurma şəbəkələrini satır

"LUKoil" Avropadakı yancaqdoldurma şəbəkələrini satır Şirkətin Litva, Latviya və Polşadakı yanacaqdoldurma stansiyalarını "AMIC Energy Management GmbH." alır
Energetika
5 Fevral , 2016 17:15
LUKoil Avropadakı yancaqdoldurma şəbəkələrini satır

Bakı. 5 fevral. REPORT.AZ/ "LUKoil Europe Holdings B.V." və Avstriyanın "AMIC Energy Management GmbH." şirkəti arasında "LUKoil" şirkətinin Litva, Latviya və Polşadakı 230 yanacaqdoldurma stansiyasının satılması barədə müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bu barədə "LUKoil" şirkəti məlumat yayıb.

Alqı-satqı əməliyyatının bu ilin II rübündə yanacaqdoldurma stansiyaları yerləşən ölkələrin müvafiq antiinhisar qurumlarının razılığı alınandan sonra başa çatması gözlənilir.

Qeyd edək ki, bu ölkələrdəki yancaqdoldurma şəbəkələrinin satılması qərarı "LUKoil" şirkətinin Avropadakı aktivlərinin optimallaşdırılması çərçivəsində qəbul edilib.

Son xəbərlər

Orphus sistemi