"LUKoil" 2018-ci ildə karbohidrogen hasilatını artırıb

"LUKoil" 2018-ci ildə karbohidrogen hasilatını artırıb Bakı. 4 fevral. REPORT.AZ/ LUKoil 2018-ci ildə karbohidrogen hasilatını 2017-ci ilə nisbətən 3,8% artırıb.
Energetika
4 Fevral , 2019 18:00
LUKoil 2018-ci ildə karbohidrogen hasilatını artırıb

Bakı. 4 fevral. REPORT.AZ/ "LUKoil" 2018-ci ildə karbohidrogen hasilatını 2017-ci ilə nisbətən 3,8% artırıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin press-relizində məlumat verilib.

2018-ci ildə "Qərbi Kurna-2" layihəsi nəzərə alınmadan, karbohidrogenlərin orta gündəlik hasilatı 2,319 mln. barel təşkil edib. 2018-ci ilin IV rübündə orta gündəlik karbohidrogen hasilatı 2,371 mln. barel olub. Bu rəqəm 2018-ci ilin III rübü ilə müqayisədə 1,9% artım deməkdir.

İraq layihəsi istisna olmaqla, şirkətin 2018-ci ildə neft hasilatı 85,6 mln.ton təşkil edib ki, bu da 2017-ci ilin səviyyəsinə uyğundur.

Son xəbərlər

Orphus sistemi