Yuxarı

Lukaşenko: “Rusiya qazın qiymətində danışıqlara getmir”

​Lukaşenko: “Rusiya qazın qiymətində danışıqlara getmir”

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya Belarusun 2020-ci ilin yanvarın 1-dən qazın qiymətləri ilə bağlı təkliflərinə danışıqlarla bağlı hələlik reaksiya verməyib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda rəsmi Moskva tərəfindən heç bir hərəkət yoxdur: “Biz Rusiya Prezidenti Vladimir Putinlə hələ Sankt-Peterburqda razılığa gəlmişik ki, bu ilin ortalarında təbii qazın qiymətlərini müəyyən edəcəyik. Ancaq onlar heç danışıqlara getmirlər”.

O əlavə edib ki, işlərin belə davam etməsi düzgün deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi