Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib.
Azərbaycan
Forumda çıxış edən Pərviz Şahbazov ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”nin reallaşmasında iki ölkə arasında enerji əməkdaşlığının, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O deyib ki, Birləşmiş Krallıqla enerji sahəsində tərəfdaşlıq münasibətləri Azərbaycanın neft-qaz sektoruna yatırılmış 25 mlrd. ABŞ dollarından çox investisiyanın sektorun inkişafına töhfələri ilə məhdudlaşmır: “Azərbaycanın beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında və diversifikasiya maraqlarını təmin etməsində məhz enerji sahəsində uğurlu əməkdaşlığın mühüm rolu vardır”.
Nazir Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində BP şirkətinin rolunu yüksək qiymətləndirib. “Azərbaycan Prezidenti
Bildirilib ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində Cənub Qaz Dəhlizi, “Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, “D 230” perspektiv bloku, “Dayazsulu Abşeron” və “Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpa olunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa oluna bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.
Forumda Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanda enerji islahatlarına dair, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə neft-qaz sektoru ilə bağlı, BP və “SNC Lavalin-Atkins” şirkətlərinin nümayəndələri bərpa olunan enerji sahəsinin inkişafı üzrə təqdimatlarla çıxış ediblər.