Yuxarı
    Bağlamaq

    Liviya və Nigeriya oktyabrda neft hasilatını artırıb

    Covanni Staunovo: OPEC hasilatın azaldılmasından danışsa da, biz ancaq onun artdığını müşahidə edirik

    Bakı. 2 noyabr. REPORT.AZ/ OPEC təşkilatı üzvü olan Liviya və Nigeriya oktyabr ayında neft hasilatını gündəlik 800 min barel artırıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrda Liviyanın neft hasilatı 466 min barel/günə çataraq son iki ilin maksimal həddənə yüksəlib. Nigeriyada isə neft hasilatı 2,1 mln. barel/günə çatıb.

    İsveçrənin "UBS" bankının analitiki Covanni Staunovo (Giovanni Staunovo) bildirib ki, Liviya və Nigeriyanın hasilatı artırması OPEC-in neft bazarının sabitləşdirilməsi planlarına nail olmasını çətinləşdirir: "Kartel hasilatın azaldılmasından danışsa da, biz ancaq onun artdığını müşahidə edirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi