Yuxarı

Liviya neft hasilatını dayandıra bilər

​Liviya neft hasilatını dayandıra bilər

Liviyada neft hasil edilən infrastuktura silahlı hücumlar hasilatın tamamilə dayandırılmasına səbəb ola bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Şirkətinin rəhbəri Mustafa Sanalla Ciddədə jurnalistlərə bildirib.

O deyib: “Əgər vəziyyət indiki kimi davam edərsə, Liviya 95% neft hasilatını itirə bilər".

Onun sözlərinə görə, hazırda gündəlik neft hasilatının həcmi, təxminən, 1,3 mln. barel təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi