Yuxarı

​Liviya ilin sonunadək neft hasilatını 2 dəfə artıracaq

Analitiklər: Neftin qiyməti 35-40 dollar/barelə qədər geriləyə bilər

Bakı. 2 avqust. REPORT.AZ/ Liviya yaxın iki həftə ərzində gündəlik neft hasilatını 400 min bareldən 550 min barelə, ilin sonuna qədər isə 900 min barelə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası tərəfindən "The Wall Street Journal"a açıqlamasında bildirilib. 

Milli Neft Korporasiyası Liviya hökuməti tərəfindən əlavə maliyyə vəsaiti ilə təmin edilib və bunun nəticəsində neft ixracının artırılması nəzərdə tutulub. Lakin ixracın artırılması üçün əsas şərtin Liviya hökuməti ilə ölkədəki silahlı qruplaşmalar arasında razılığın əldə olunması amili göstərilir.

Xatırladaq ki, iyulun 28-də "Bank of America"nın analitikləri neft qiymətlərinin 35-40 dollar/barel diapazonuna kimi geriləyəcəyini açıqlayıblar. Onlar buna səbəb kimi, qlobal iqtisadi durğunluq və neft bazarında təklifin artmasını göstəriblər. Bankın analitikləri əlavə ediblər ki, Liviyada neft hasilatı sektorunun tam gücü ilə çalışması bərpa edilərsə, neft bazarında təklifin kəskin artacağı və qiymətlərin azalacağı ehtimal olunur. 

Qeyd edək ki, hazırda "Brent" markalı neftin bir bareli 42 dollardan satılır. Bu, son iqtisadi böhrandakı neftin minimal qiymətindən 55% yüksək, neftin tarixi maksimal qiymətindən isə 3,5 dəfə azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi