Liviya iki ən iri neft yatağından satışı bərpa edib

Liviya iki ən iri neft yatağından satışı bərpa edib Liviya hasilatı bir ayda 175 min barel artıracaq
Energetika
21 Dekabr , 2016 17:06
Liviya iki ən iri neft yatağından satışı bərpa edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Liviyanın iki ən iri neft yatağından satış prosesi bərpa edilib. 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Milli Neft Korporasiyasından məlumat verilib. 

Məlumata görə, Liviya 2 illlik fasilədən sonra "Şarara" (Sharara) neft yatağından "Zaviya"(Zawiya) neft emalı zavoduna, eləcə də "El-Fil" (El-Feel) neft yatağından "Mellitah" neft emalı zavoduna neft təchizatını bərpa edib. Bununla da Liviyanın neft hasilatı bir ay ərzində gündəlik 175 min barel, 3 ay ərzində isə 270 min barel arta bilər.

Qeyd edək ki, bu yataqlardan neft təchizatı bərpa olunana qədər Liviyanın gündəlik neft hasilatı 600 min barel təşkil edib. Bu da Liviyada 2011-ci ildə başlayan siyasi gərginlikdən əvvəlki 1,6 mln. barel/gün hasilat həddindən çox aşağıdır. Məhz bu məlumat neft qiymətlərinin artmasının qarşısını alan amil olub. Belə ki, dünən açıqlanan göstəriciyə görə, ABŞ-da neft ehtiyatları proqnozlardan daha çox, yəni 4,1 mln. barel azalıb və neft qiymətlərinin bu xəbərdən sonra ciddi artacağı gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi