Lerik rayonunun 2 ucqar kəndinə təbii qaz verilib

Lerik rayonunun 2 ucqar kəndinə təbii qaz verilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsat Birliyi Lerik rayonunun 2 ucqar kəndinə təbii qaz verib.
Energetika
25 Dekabr , 2020 14:52
Lerik rayonunun 2 ucqar kəndinə təbii qaz verilib
0 : 00
0 : 00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsat Birliyi Lerik rayonunun 2 ucqar kəndinə təbii qaz verib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, rayonun Sipyəreqon kəndində 48, Kıncıvo kəndində isə 37 fərdi yaşayış evinə "mavi yanacaq" verilib. Bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 800 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Azəriqaz” bu ilin sonuna qədər bütün qazlaşma işlərini yekunlaşdırmağı planlaşdırır. Hazırda cəmi 1 yaşayış məntəqəsində işlər davam etdirilir. 2 yaşayış məntəqəsi və 3 yaşayış massivində isə qazlaşma tamamlanıb, qaz açılışına dair son prosedurlar icra olunur.

Son xəbərlər

Orphus sistemi