Lənkəranda tikilən yeni elektrik yarımstansiyası 3 aydan sonra istifadəyə veriləcək

Lənkəranda tikilən yeni elektrik yarımstansiyası 3 aydan sonra istifadəyə veriləcək Bakı. 14 may. REPORT.AZ/ Azərişıq ASC Lənkəranda yeni elektrik yarımstansiyası inşa edir.
Energetika
14 May , 2018 12:08
Lənkəranda tikilən yeni elektrik yarımstansiyası 3 aydan sonra istifadəyə veriləcək
Report
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ "Azərişıq" ASC Lənkəranda yeni elektrik yarımstansiyası inşa edir.

"Report"un məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlər üçün təşkil edilmiş press tur zamanı deyib. 

Onun sözlərinə görə, 110 kV-luq "Lənkəran-2" yarımstansiyası bu ilin avqust ayında istifadəyə veriləcək və 17 min nəfəri fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. 

"Hazırda yarımstansiyanın hava xətləri qurulur. Ümumiyyətlə isə istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin minimuma endirilməsi üçün ciddi işlər görür. İndiyə qədər Lənkəran Elektrik Şəbəkəsində 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib", - deyə o, qeyd edib. 

T.Mustafayev onu da bildirib ki, bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kV–luq hava xətti də tam yenilənib. 

Qeyd edək ki, press tur zamanı T.Mustafayev və "Azərişığ"ın digər rəsmiləri jurnalistlərə bu bölgədə aparılan işlər, yaradılmış infrastruktur barədə geniş məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi