Laura Loxman: “Azərbaycan SGC ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

Laura Loxman: “Azərbaycan SGC ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir.
Energetika
2 Fevral , 2023 17:07
Laura Loxman: “Azərbaycan SGC ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir.

“Report” xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman energetika naziri Pərviz Şahbazovla görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan "yaşıl" enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.

P. Şahbazov Məşvərət Şurasının toplantısında iştiraka görə təşəkkür edib və Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində tətbiqindən bəhs edib. Nazir hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub.

Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpa olunan enerji resurslarının elektrik enerjisi və "yaşıl" hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib.

Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi