Laura Loxman: "Azərbaycan bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsində vacib rol oynayır"

Laura Loxman: "Azərbaycan bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsində vacib rol oynayır" Cənub Qaz Dəhlizinin yaratdığı təməllər bərpaolunan enerji, o cümlədən "yaşıl" hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərini meydana çıxarıb.
Energetika
2 Fevral , 2023 14:33
Laura Loxman: Azərbaycan bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsində vacib rol oynayır

Cənub Qaz Dəhlizinin yaratdığı təməllər bərpaolunan enerji, o cümlədən "yaşıl" hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərini meydana çıxarıb.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

Laura Loxman bu layihələrin həyata keçirilməsində Azərbaycanın vacib rol oynadığını bildirib.

O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl" enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.

Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirildi və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi