Yuxarı

​Latın Amerikası ölkələri neftin qiymətləri üzrə ümumi mövqe işləyib hazırlayacaq

Neft hasil edən ölkələr martın 11-də Ekvadorda bir araya gələcək

Bakı. 8 mart. REPORT.AZ/ Latın Amerikası və Karib hövzəsinin neft hasil edən ölkələri neftin qiymətlərinin düşdüyü bir şəraitdə ümumi mövqe işləyib hazırlamaq üçün martın 11-də Ekvadorda bir araya gələcək.

"Report" xəbər verir ki, bu barədə Ekvadorun xarici işlər naziri Qiyom Lonq məlumat verib.

Onun sözlərinə görə, neftin qiymətlərinin aşağı düşməsi region ölkələri qarşısına bu tendensiyaya qarşı müqavimət göstərmək vəzifəsi qoyacaq.

"Latın Amerikası dünya neft hasilatının üçdə birini özündə əks etdirir və Venesuela, Ekvador, Argentina, Boliviya, Kolumbiya və digərlərinin ümumi mövqe işləyib hazırlaması vacibdir", — deyə "Telesur" kanalı Lonqun sözlərini sitat gətirib.

Görüş region ölkələrinin XİN rəhbərləri və energetika nazirləri səviyyəsində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi