Küveytin neft naziri: "Hasilatın azaldılmasından əvvəl tələb və təklif müzakirə ediləcək"

Küveytin neft naziri: "Hasilatın azaldılmasından əvvəl tələb və təklif müzakirə ediləcək" Bakı. 5 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri hələ neft hasilatının azaldılması təkliflərini müzakirə etməyib, çünki daha əvvəl dünya bazarında tələb və təkliflə bağlı mövcud vəziyyətin müzakirə edilməsi lazımdır.
Energetika
5 Dekabr , 2018 15:15
Küveytin neft naziri: Hasilatın azaldılmasından əvvəl tələb və təklif müzakirə ediləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ "OPEC+ ölkələri hələ neft hasilatının azaldılması təkliflərini müzakirə etməyib, çünki daha əvvəl dünya bazarında tələb və təkliflə bağlı mövcud vəziyyətin müzakirə edilməsi lazımdır".

"Report" xəbər verir ki, bunu Avstriyanın paytaxtı Vyana şəhərində Küveytin neft naziri Baxit əl-Rəşidi deyib.

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi