Küveyt OPEC-in hasilatın azaldılmasına dair anlaşmanın uzadılmasını istəyir

Küveyt OPEC-in hasilatın azaldılmasına dair anlaşmanın uzadılmasını istəyir Anlaşmanın prolonqasiyası martın sonunda müzakirə edilə bilər
Energetika
14 Mart , 2017 10:27
Küveyt OPEC-in hasilatın azaldılmasına dair anlaşmanın uzadılmasını istəyir

Bakı. 14 mart. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan neft hasilatçısı ölkələri noyabrın 30-da Vyanada qəbul olunan və yanvarın 1-dən tətbiq edilməyə başlanılan hasilatın azaldılması barədə anlaşmasını uzatmalıdır. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Küveytin neft naziri Əssam əl-Məzruk "Kuna" agentliyinə müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, Küveyt iyun ayında vaxtı bitəcək bu anlaşmanın uzadılması ideyasını dəstəkləyir: "Anlaşmanın uzadılması neft bazarında tarazlığın bərpa edilməsini sürətləndirəcək. Nəticədə, neft qiymətləri hasilatçı ölkələr və ümumilikdə, neft sektoru üçün lazımi səviyyəyə yüksələcək".

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novakın dünən, martın 13-də verdiyi açıqlamada anlaşma iştirakçılarının hələ prolonqasiyanı müzakirəyə çıxarmadığı, bu mövzunun martın sonunda Küveytdə keçiriləcək monitorinq qrupunun iclasında müzakirəsinin istisna olunmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi