Küveyt neft naziri: "Neft hasilatının azaldılması yalnız OPEK üzvü olmayan ölkələrlə birlikdə edilməlidir"

Küveyt neft naziri: "Neft hasilatının azaldılması yalnız OPEK üzvü olmayan ölkələrlə birlikdə edilməlidir" "Bazardakı vəziyyətə görə, dünya iqtisadiyyatının nə zaman bərpa olunacağını söyləmək mümkün deyil"
Energetika
5 Noyabr , 2015 14:17
Küveyt neft naziri: Neft hasilatının azaldılması yalnız OPEK üzvü olmayan ölkələrlə birlikdə edilməlidir

Bakı. 5 noyabr. REPORT.AZ/ "Neft hasilatının azaldılması yalnız OPEK üzvü olmayan ölkələrlə birlikdə edilməlidir". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Küveytin neft naziri Əli Saleh əl-Omayr söyləyib.

"OPEK üzvü olmayan ölkələr istənilən neft hasilatına qoşulmalıdır. Bu, bazarda balans yaradılması üçün vacibdir. Bazardakı vəziyyətə görə, dünya iqtisadiyyatının nə zaman bərpa olunacağını söyləmək mümkün deyil. Amma ümid edirəm ki, bu, gələn il baş verəcək. İqtisadi artım tempi bərpa olunarsa, qiymətlər də qalxacaq", - nazir bildirib.

Onun fikrincə, vəziyyət 2016-cı ilin I rübündə aydınlaşacaq.

OPEK-in tərkibinə 12 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola. Daha 4 ölkə - Meksika, Misir, Oman və Rusiya isə OPEK-də müşahidəçi-ölkə statusu daşıyır.

Qeyd edək ki, OPEK ölkələrinin növbəti iclası bu il dekabrın 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi