Yuxarı

Küveyt 2017-ci ildə neftin qiymətini 50-60 dollar həcmində proqnozlaşdırır

Bunu ölkənin neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh deyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Yaxın 15 ay ərzində neftin dünya qiymətləri bir barelə görə 50-60 dollar civarında dəyişəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri və neft naziri vəzifələrinin icraçısı Ənəs əs-Saleh bildirib.

"Biz 60 dollar nəzərdə tuturuq, yəni növbəti 15 ay ərzində neftin qiyməti 50-60 dollar səviyyəsində qalacaq", - deyə nazir "Al-Rai" telekanalına müsahibəsində bildirib.

Əs-Saleh qeyd edib ki, qiymətlərin balanslaşdırılmasına həm istehlakçıların, həm də istehsalçıların maraqlarına cavab verəcək şəkildə səy göstəriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi