Yuxarı

Kürdəmirin Sovlar kəndinə ilk dəfə qaz verilib

Kəndin 164 abonenti qazla təmin olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Sovlar kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 164 abonenti olan Sovlar kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25 802 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi