Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Qarasu kəndinə təbii qaz verilib.
Energetika
19 Noyabr , 2018 17:21
Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Qarasu kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 656 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 006 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 47 181 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi