Kürdəmirin daha bir kəndinə ilk dəfə qaz verilib

Kürdəmirin daha bir kəndinə ilk dəfə qaz verilib Kəndin 307 abonenti təbii qazla təmin olunub
Energetika
3 Mart , 2016 17:36
Kürdəmirin daha bir kəndinə ilk dəfə qaz verilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun Pirili kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 307 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 44 486 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi