​Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə qaz verilib

​Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə qaz verilib Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər
Energetika
12 Avqust , 2015 16:19
​Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə qaz verilib

Bakı. 12 avqust. REPORT.AZ/ Avqustun 12-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 113 abonenti olan Çöl-Ərəb kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 378 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi