Yuxarı

Kürdəmirin üç kəndinə ilk dəfə qaz verilib

Bu kəndlərin 454 abonenti təbii qazla təmin olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun daha üç kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə üç kəndin ümumilikdə 454 abonentinin təbii qazla təmin olunduğu bildirilib.

Qeyd olunub ki, Köhünlü, Şüşün və Öyləqulu kəndlərinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 71 519 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi