Kulevi terminalından indiyədək daşınan məhsulların həcmi açıqlanıb

Kulevi terminalından indiyədək daşınan məhsulların həcmi açıqlanıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi neft terminalından (Qaradəniz, Gürcüstan) 2008-ci ildən indiyədək 25 mln. ton neft və qaz məhsulları daşınıb.
Energetika
21 May , 2019 17:15
Kulevi terminalından indiyədək daşınan məhsulların həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi neft terminalından (Qaradəniz, Gürcüstan) 2008-ci ildən indiyədək 25 mln. ton neft və qaz məhsulları daşınıb.

“Report” bu barədə Kulevi “Black Sea” terminalına istinadən xəbər verir.

Terminaldan daşınan məhsulların 41%-i qazoyl və kerosinin, 35%-i mazut yanacağının, 16%-i xam neftin, 8%-i isə LPG, benzin, nafta, pirolis, metanol, izopropil spirti və paraksilol kimi yeni məhsulların payına düşüb.

Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib.

Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi