Yuxarı

Kulevi terminalından indiyədək daşınan məhsulların həcmi açıqlanıb

İndiyədək terminaldan 20,3 mln. ton neft və neft məhsulları qəbul edilib və göndərilib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalından (Qara dəniz, Gürcüstan) əməliyyatlara başlandığı 2008-ci il mayın 16-dan indiyədək 20,285 mln. ton neft və neft məhsulları qəbul edilib və göndərilib. "Report" xəbər verir ki, bu barədə Kulevi neft terminalının veb-saytında qeyd edilib.

"Artıq 8 ildir ki, Avropa və Asiyanın müxtəlif ölkələrindən gəmilər Kulevi limanına gəlir. "Qara Dəniz Terminalı" MMC müasir infrastrukturu, beynəlxalq təhlükəsizlik normalarının təminatı və regionda çoxlu iş yeri təmin etməklə seçilir. MMC regional layihələrdə fəal iştirak edir, ətraf mühitin mühafizəsinə önəm verir, sistemli olaraq xeyriyyə proqramları həyata keçirir. Kulevi neft terminalı və limanı SOCAR-ın Gürcüstanda ilk və vacib investisiyalarından biridir. Buna görə də 2008-ci il mayın 16-sı şirkətin tarixində əlamətdar günlərdən biri olaraq qalalacaq", - deyə qeyd olunub

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi