Yuxarı

Kulevi neft terminalı alət sistemini təkmilləşdirib

Qara dəniz terminalı Hi-Force şirkətindən müxəlif cür hidravlik alətlər alınıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qara dəniz terminalı" MMC (Kulevi, Gürcüstan) xidmət şöbəsinin alət sistemini təkmilləşdirib.

"Report" şirkətə istinadən xəbər verir ki, "Hi-Force" şirkətindən müxəlif cür hidravlik alətlər alınıb.

Şirkətin nümayəndələri "Qara dəniz terminalı"nda texniklər üçün bu alətlərin istifadə qaydaları ilə bağlı təlimlər keçib.

Şöbənin profilaktik xidmət proqramı da yeni alətləri sistemə daxil etmək üçün təkmilləşdirilib.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi