Kulevi limanında 2 200-cü tanker qəbul edilib

Kulevi limanında 2 200-cü tanker qəbul edilib
Energetika
16 Dekabr , 2017 10:12
Kulevi limanında 2 200-cü tanker qəbul edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Kulevi limanında (Qara dəniz, Gürcüstan) 2 200-cü tanker qəbul edilib, yüklənib və yola salınıb.

“Report” bu barədə Kulevi “Black Sea” Terminalına istinadən xəbər verir.

Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib.

Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.