Kulevi limanı 1200-cü tankeri qəbul edib

Kulevi limanı 1200-cü tankeri qəbul edib Bu tanker yüklənib və yola salınıb
Energetika
26 Avqust , 2016 18:06
Kulevi limanı 1200-cü tankeri qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Kulevi limanında (Qara dəniz, Gürcüstan) 1 200-cü tanker qəbul edilib, yüklənib və yola salınıb. “Report” bu barədə limana istinadən xəbər verir.

Məlumata görə, 2008-ci ilin may ayında Kulevi neft terminalı və limanında əməliyyatlar başlayandan bir aydan da az müddət sonra ilk tanker qəbul edilib: “Həmin vaxtdan Kulevi limanı ümumi infrastrukturunu istənilən şirkətin ehtiyacını ödəmək üçün təkmilləşdirib. Bu, nəzərəçarpan inkişafdır. Limanın tutumu artırılıb, eyni zamanda qəbuletmə, yüklənmə və yolasalma əməliyyatlarının payı artıb”.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi