“Azərenerji”: Küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər

“Azərenerji”: Küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər "Bu cür situasiyalarda sığortalanmaqdan danışmağı obyektiv hesab etmək olmaz"
Energetika
1 Aprel , 2017 14:05
“Azərenerji”: Küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər

Bakı. 1 aprel. REPORT.AZ/ “Son illər görülən fundamental tədbirlər nəticəsində enerji sistemi stabil və dayanıqlı vəziyyətə gətirilib. Elektrik enerjisi sisteminin manevretmə qabiliyyəti yaxşılaşdırılıb”. 

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı deyib ki, küləkli hava şəraiti müəyyən fəsadlar yarada bilər: “Bütün vaxtlarda, eləcə də belə qeyri-sabit güclü küləkli havalarda da təchizatçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etməyə hazır olsaq da, birmənalı şəkildə sığortalanmaqdan danışmağı obyektiv hesab etmək olmaz. Çünki bu kimi stiuasiyalar var ki, onlar bəzən müəyyən fəsadlar yarada bilər”.

Son xəbərlər

Orphus sistemi